Azərbaycan Dövlət Rəqs Ansamblı Braziliyada keçirilən “Nueva Plata Beynəlxalq Folklor Festivalı”nın (FİDAF) qalibi seçilib. Onlayn formatda keçirilən sənət yarışında müxtəlif kateqoriyalar üzrə 18 qrup iştirak edib.

Festivalda ikinci yeri Çin Xalq Respublikasının “Beijing Dance Academy”, üçüncü yeri Moldovanın “Baletul Na țional JOC” qrupları tutub.

“Ən yaxşı xoreoqrafiya” mükafatına Macarıstandan “Duna Art ansamblı” layiq görülüb. Münsiflər heyətinin qərarına əsasən ən yaxşı mahnını Moldovanın “Baletul Na țional JOC” qrupu səsləndirib. Münsiflər heyəti xüsusi mükafatı Meksikanın Quadalaxara Universitetinin “Folklor Balet qrupu”na təqdim edib. Festivalın fəxri adına isə Slovakiyadan “Pulse-Poddukel bədii ansamblı” layiq görülüb.

Bu ilin yeniliyi olan “Atalar sözlərini qoruyanlar” mükafatı Fransanın Polinezya adalarından “Tamariki Poerani” və Madaqaskardan “Benja Gazy” qruplarına verilib.