Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt kitabxanalarının fəal oxucuları ilə tanınmış Ukrayna uşaq yazıçısı İnna İşukun onlayn görüşü keçirilib.

Görüşdə yazıçı haqqında məlumat verilib. Müəllif oxuculara öz kitabından nümunələr oxuyub, müxtəlif əyləncəli tapmacalar səsləndirib.

Sonda paytaxt kitabxanalarının əməkdaşları 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfərindən söhbət açıb, ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, Ukrayna Milli Yazıçılar İttifaqı Odessa uşaq yazıçıları bölməsinin rəhbəri olan İnna Anatolyevna İşuk uşaqlar üçün 130-a qədər kitabça, şeir və nəsr toplularının müəllifidir. O, “Gecəniz xeyrə qalsın, balalar” televerilişinin ssenari müəlliflərindən biri, “Odessada Boldin payızı” festivalının mükafatçısıdır.