Ağstafa RMİ Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi, Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Ustad sənətkar” adlı tədbir keçirilib. Tədbirdə Tovuz rayon Mədəniyyət Mərkəzi dərnək üzvlərinin ifasında Aşıq Ələsgərin sözlərinə yazılmış mahnılar səsləndirilib.

Sumqayıt RMİ-nin əhatə etdiyi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi və Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illiyinə həsr olunan “Sazım mənim – sözüm mənim”  adlı uşaq və gənclər arasında saz ifaçılığı üzrə regional müsabiqənin açılış mərasimi keçirilib. İdarənin rəisi Rəşad Əliyev çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Lənkəran RMİ Astara Dövlət Rəsm Qalereyasında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edənlər ustad sənətkarın Azərbaycan ədəbiyyatına və aşıq sənətinə töhfələri, habelə Türk dünyasının saz-söz sənətinə təsiri haqqında danışıblar. Aşıq Elxan Şindanlının ifa etdiyi mahnılar alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları qalereyada nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.