F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Nağıl saatı” layihəsində növbəti görüş keçirilib. Kitabxana Bakı şəhəri 164 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərinin uşaq yazarı, ssenarist Günel Əsgərova ilə görüşünü təşkil edib.

Gənc yazar Qarabağa həsr etdiyi “Xanın üç qızı” nağılı ətrafında söhbət aparıb. Müəllif uşaqları nağılın baş qəhrəmanları – ədalətli və müdrik Əhməd xan, onun üç sevimli qızı, döyüşkən Xəzri, zərif və istedadlı Mələk, ağıllı və savadlı Banu, cırtdan Balaş, insanları köləyə çevirən Təpəgöz ilə tanış edib. Sonra Günel Əsgərova uşaqların suallarını cavablandırıb.

Sonda yazar “Xanın üç qızı” kitabını məktəbin kitabxanasına hədiyyə edib.