Azərbaycan saz-söz sənətinin böyük ustadı Aşıq Ələsgərin Bakı şəhərində abidəsi ucaldılacaq.

Prezident İlham Əliyev noyabrın 30-da bununla bağlı sərəncam imzalayıb. Sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.