Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinorejissor və kinooperator Rasim İsmayılovun (1936–2004) anadan olmasının 85 illiyinə həsr olunmuş fotosərgi açılıb.

Dövlət Film Fondundan bildirilib ki, fotosərgidə görkəmli sənətkarın yaradıcılığını əks etdirən fotolar nümayiş olunur.

Qeyd edək ki, Rasim İsmayılov “Gün keçdi”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qoqud”, “Babək” və s. filmlərinin quruluşçu operatoru olub. O, həmçinin “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi”, “İşgüzar səfər”, “Sizi dünyalar qədər sevirdim” kimi bədii filmlərin quruluşçu rejissorudur.