Fransa və Almaniya hökumətləri koronavirusun ”omikron” ştammının yayılmasının qarşısını almaq məqsədilə səyahət qaydalarında dəyişiklik ediblər. Dəyişikliyə əsasən, Böyük Britaniyadan gələnlər üçün tədbirlər sərtləşdirilib.

Şənbə günündən etibarən Böyük Britaniyadan Fransa və Almaniyaya yalnız vacib səyahətləri etmək mümkün olacaq. Ölkəyə gələn şəxslərdən səyahətdən 24 saat əvvəl edilən mənfi PCR testi tələb ediləcək. Sərnişinlərdən də 48 saat özünü təcrid etmələri tələb olunacaq. Ölkəyə daxil olduqdan 2 gün sonra ikinci COVİD testi verib, ancaq neqativ nəticə təqdim edə bilməyən sərnişinlər üçün bu müddət bir həftəyə qədər artır.

İtaliyada isə COVİD-19 pandemiyası ilə əlaqədar qüvvədə olan xüsusi karantin rejiminin müddəti daha 3 ay davam edəcək. Hökumət son həftələrdə COVİD-19 infeksiyasına gündəlik yoluxma hallarının artdığını nəzərə alaraq xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 31-dək uzadılması barədə qərar qəbul edib.

Səhiyyə naziri Roberto Speranza bildirib ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən İtaliyaya səyahət edənlər vaksinasiya sertifikatı ilə yanaşı, COVİD-19-a qarşı testdən keçməli olacaqlar. Qitə ölkələrindən gələn və peyvənd olunmayanlar İtaliyada 5 gün karantində qalacaq. Aİ-yə üzv olmayan ölkələrdən gələnlər üçün isə 10 günlük karantin tələbi qoyulacaq.

İtaliyadapandemiyailə bağlı xüsusikarantinrejimiilkdəfə 2020-ciilyanvarın 31-də tətbiqedilib.