AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)” kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, monoqrafiyada Osmanlı arxiv sənədləri cəlb edilməklə, XVIII əsrin 20-ci illərində Osmanlı hakimiyyəti dövründə Azərbaycanın tarixi əraziləri olan Marağa və Soyuqbulaq bölgələrinin sosial-iqtisadi vəziyyəti, o cümlədən şəhər həyatı və kənd təsərrüfatının inkişaf səviyyəsi, əhalinin dini və etnik tərkibi, demoqrafik durumu, qismən də bölgənin toponimikası və onomastikası ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilib.