F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsi” seriyasından tanınmış şair-dramaturq Xanımana Əlibəyli haqqında biblioqrafiya nəşr olunub.

Biblioqrafiya Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Xanımana Əlibəylinin həyat və yaradıcılığını, ədib haqqında 1936-2020-ci illərdə dərc olunmuş materialları əhatə edir.

Göstəricidə həmçinin şairənin Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan şəxsi arxiv materialları da öz əksini tapıb.

Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.