“Milli arxiv fondu haqqında” qanuna uyğun olaraq, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, həmçinin onlara aid olan sənədlərin vahid şəxsi arxiv fondunda toplanılması, mühafizəsi, istifadəsi və gələcək nəsillərə ötürülməsi məqsədilə müvafiq tədbirlər görülür.

Milli Arxiv İdarəsindən bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində Vətən müharibəsi şəhidlərindən  Rəşad Ələkbərov (Laçın istiqamətində döyüşlərdə həlak olub), Oruc Əliyev (Murov döyüşlərində şəhid olub), Nemət Məmmədov (Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub) və Murad İbrahimovun (Kəlbəcər istiqamətində döyüşlərdə həlak olub) şəxsi sənədlərinin və fotoalbomlarının surətləri Dövlət Arxivinin Gəncə filialına təqdim edilib.