Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində şair və yazıçılarımızın yaradıcılığının müxtəlif dillərdə təqdimatı davam edir.

Almaniyanın "LiteratPro" ədəbiyyat portalında görkəmli Azərbaycan şairi, maarifçi ədib  Abdulla Şaiqin alman dilinə tərcümə olunmuş "Əsrimizə xitab", "Hamımız bir günəşin zərrəsiyik" və "İrəli" şeirləri dərc olunub.

Geniş oxucu auditoriyası tərəfindən izlənən "LiteratPro" ədəbiyyat portalı mütəmadi olaraq dünya ədəbiyyatından nümunələr yayımlayır, məşhur yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Link: https://www.literatpro.de/abdulla-shaig