Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin rumın dilinə tərcümə edilmiş kəlamları, həyat və yaradıcılığı haqqında məlumat isə Rumıniyanın “news24hours.ro” portalında yayımlanıb.

Qüdrətli söz ustadının irsindən seçmələr ötən il Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar rumın dilinə tərcümə edilib. Tərcümənin müəllifi Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri İosefina Blazsani-Battodur.

Link: https://news24hours.ro/article/18454