Qazaxıstanın “adebiportal.kz” ədəbiyyat portalında Xalq şairi Səməd Vurğunun rus dilinə tərcümə olunmuş “Mənim ilham pərim”, “Dağlar”, “Dünya” şeirləri dərc edilib.

Şeirlər Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayımlanıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şeirləri rus dilinə tanınmış tərcüməçilər V.Qafarov və E.Aleksandrova çevirib. Portalda şairin yaradıcılığı haqqında məlumat da verilib.