Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu doğulduğu Tovuz rayonunda dəfn edilib.

Yanvarın 12-də Tovuzun Bozalqanlı kəndində şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Ayaz Nəzərov torpağa tapşırılıb. Şəhidin tabutu üzərində olan üçrəngli Azərbaycan bayrağı ailəsinə verilib.