Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi ştat vahidləri və ona məxsus əmlakla birlikdə Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib.

Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.