Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi şəhər və rayonlarda yerləşən muzeylərin fondlarındakı eksponatların bərpa və konservasiyası ilə bağlı işlər həyata keçirir.

Elmi Bərpa Mərkəzindən verilən məlumata görə, bu günlərdə Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin toplusuna məxsus eksponatların bir qisminin (17 ədəd) bərpa və konservasiyaya ehtiyacı olduğu müəyyən edilib.

Bununla əlaqədar eksponatlar Elmi Bərpa Mərkəzinin ali dərəcəli bərpaçıları tərəfindən “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair Təlimat”da müəyyən edilmiş qaydada qısa müddət ərzində yerində bərpa olunub.