Azərbaycan Dövlət Rəsm Qalereyası “AXIN'” layihəsinin üzvləri ilə rəssam Elşən Karacanın görüşünü təşkil edib.

Qalereyadan bildirilib ki, görüş zamanı rəssam yaradıcılığı haqqında məlumat verib, sosial mediadan ona ünvanlanan sualları cavablandırıb. Dialoq şəklində keçirilən görüşdə o, sənət təcrübəsini də izləyicilərlə bölüşüb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN'” layihəsi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştirakının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədi daşıyır.