Xalq artisti Ağdaşda tamaşa hazırlayır

 

Xalq artisti Valeh Kərimov Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının heyəti ilə İsi Məlikzadənin “Gəl qohum olaq” pyesi əsasında tamaşa hazırlayır.

Tamaşaya quruluş verən Valeh Kərimov eyni zamanda rollardan birini oynayır.  Ağdaş Xalq teatrının aktyorları Camal Xəlilov, Turanə Şıxəliyeva, Xanbala Qəniyev və Şəhla Nəcəfovanın da rol aldığı tamaşanın son məşq prosesləri aparılır.

Premyeranın Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulub.