“Eurovision – 2022”

 

“Eurovision – 2022” mahnı müsabiqəsi bu il mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək. Builki yarışmanın sloqanı “The Sound of Beauty” (“Gözəlliyin səsi”) olub. Loqo isə səs dalğaları ilə hazırlanıb.

66-cı dəfə keçiriləcək yarışmada Azərbaycan da iştirakını təsdiqləyib. Hazırda müsabiqədə səsləndiriləcək mahnının seçim turu başlayıb.

Bu arada “Eurovision – 2022” mahnı müsabiqəsində ölkələrin yarımfinal bölgüsü ilə bağlı püşkatma atılıb. Püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi mayın 12-də, ikinci yarımfinalda səhnəyə çıxacaq. Birinci yarımfinal isə mayın 10-da baş tutacaq.

Hazırda müsabiqədə ölkəmizi təmsil edəcək mahnının seçimi üzrə qəbul davam edir. Azərbaycanda “Eurovision”un rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 31-ə qədər öz mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.