Yanvarın 27-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qarabağın tacı. Şuşa – 270” adlı kitab sərgisi açılıb. Sərgidə Azərbaycan, türk, rus, ingilis dillərində kitablar yer alıb.

Sərgi Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında sərəncamına əsasən kitabxananın tədbirlər planında yer alıb.

Kitabxananın direktoru Aslan Cəfərov tədbirdə “Şuşa. Şuşanın qədim tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyəti və incəsənəti” mövzusunda çıxış edib.

Metodika-biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova Azərbaycan və rus dillərində tərtib etdiyi “Şuşa” kartotekası, kartotekanın tərkibi haqqında məlumat verib.

Bildirilib ki, kitabxana il ərzində tədbirlər planında nəzərdə tutulan tədbirlərin icrasını davam etdirəcək.