Yanvarın 28-də Medianın İnkişafı Agentliyində (MEDİA) Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüş keçirilib. Bu barədə MEDİA-dan məlumat verilib.

Agentliyin icraçı direktoru Əhməd İsmayılov ölkədə media islahatlarının gedişi və “Media haqqında” qanunla bağlı qonağa məlumat verib.

Görüşdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.