Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən qəbiristanlığında 2 ədəd at fiqurlu daş kitabə və 2 türbə aşkar olunub.

Dövlət Xidmətindən bildirilib ki, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınması ilə bağlı mütəmadi fəaliyyət həyata keçirilir.

Şəmkir rayonunun Qaracəmirli kəndində qeyd olunan at fiqurlu daş kitabələr və iki türbə də hazırda yeni aşkar olunmuş abidələr qismində nəzərdən keçirilir.