Qusar Dövlət Ləzgi Dram Teatrında yerli dramaturq, Dağıstanın Əməkdar incəsənət xadimi Asəf Mehmanın (1930-2015) “Xarıbəy, Sarıbəy” komediyası əsasında eyniadlı tamaşanın məşqləri başlanıb.

İki dostun başına gələn komik hadisələrin ön planda olduğu məişət mövzulu əsərdə məhəbbət motivi ana xətt kimi keçir.

Səhnə işinin quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Rolları Həsrət Nəsrullayev, Yuri Kərimov, Sədaqət Əlimuradova, Rəhilə Hacıbəyova, Namiq Mustafayev və başqaları ifa edirlər.

Tamaşanın may ayında təhvil verilməsi nəzərdə tutulur.