Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Teatr sənəti fakültəsinin tələbələri İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdiriblər.

Tamaşa Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzində (Maştağa qəsəbəsi) təqdim olunub.

ADMİU-dan bildirilib ki, məşhur səhnə əsəri tələbələrin ifasında rəğbətlə qarşılanıb.

Qeyd edək ki, kursun müəllimləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva və dosent Nadir Hüseynovdur. Kafedra müdiri Əməkdar artist, professor Gülşad Baxşıyevadır.