Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev aprelin 14-dən 18-dək Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçəcək.

Dərslərin ilk günü diqqət və yaddaşa yönəlik duyğu üzvlərinə aid məşqlər keçiləcək. Xalq artisti növbəti günlərdə “Hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması”, “Aktyorun tərəf-müqabilinə uyğunlaşması və onunla səhnədə canlı şəkildə işləyə bilməsi”, “Bədənin ifadə vasitələrinin inkişafı”, “Bədən üzvlərinə aid çalışma, etüdlər”, “Hərəkət və sözlə bağlı improvizasiya”, “Mətn üzərində iş formaları”, “M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest” anlayışları barədə” təlimlər keçəcək, sənət təcrübəsini teatrın yaradıcı heyəti ilə bölüşəcək.