Aprelin 10-da Ağdam Dövlət Dram Teatrında dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Onun iki qabırğası” komediyasının premyerası olub.

Müasir kişi-qadın münasibətlərinin ön planda olduğu məişət mövzulu səhnə əsərinə teatrın baş rejissoru Kərəm Həsənov quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Elşən Cəfərovdur.

Rolları Kərim Həsənov, Xəyalə Xudadatova, Afəridə Əhmədova, Qalib Abdullazadə, Camal Zamanov, Elmir Hümbətov, Nuranə Əliyeva və Sadiq Bağırov ifa edirlər.