Türkiyəli rejissorun filmi İtaliyada mükafat alıb

 

Roma şəhərində 5-8 may tarixində keçirilən 15-ci Beynəlxalq sosial film festivalında türkiyəli rejissor Cüneyt İşıkın “Quş olsaydım” filmi mükafat qazanıb. Ekran əsəri “Ən yaxşı xarici qısametrajlı film” nominasiyası üzrə qalib olub.

İbtidai məktəbin ikinci sinif şagirdi Berfinin yenicə köçdüyü İstanbuldakı həyatından bəhs edən film gerçək bir həyat hekayəsindən götürülüb. Qeyd edək ki, festivalın açılışında türkiyəli rejissor Ali Atayın “Ölümlü dünya” tammetrajlı bədii filmi nümayiş olunub.