Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 37 saylı Musiqi məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Ayşən Uğurluyevanın "Şuşa İli"nə həsr olunmuş solo konserti təşkil olunub. Konsert paytaxtdakı Gülarə Əliyeva adına 3 nömrəli İncəsənət məktəbində keçirilib.

Baş İdarədən bildirilib ki, proqramda yeniyetmə pianoçunun ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.

Sonda çıxış edənlər A.Uğurluyevanı və müəllimi Mətanət Səfərovanı təbrik edərək onlara yeni nailiyyətlər arzulayıblar.