Tarix Muzeyində rəsm və əl işləri müsabiqəsinin sərgisi


AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağın incisi – Şuşa” mövzusunda II Respublika rəsm və əl işləri sərgisinin açılış mərasimi keçirilib.

Muzeydən bildirilib ki, Azərbaycanın bölgələrindən müxtəlif yaş qruplarından olan yaradıcı şəxslər öz əl işləri ilə iki kateqoriya – təsviri incəsənət və tətbiqi sənət üzrə müsabiqədə iştirak ediblər.

Münsiflər heyətinin üzvləri – muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, muzeyin Təsviri materiallar fondunun müdiri Nardanə Yusifova, Əməkdar mədəniyyət işçisi, muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyeva və Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini Nazim Məmmədov tərəfindən sərgidə nümayiş olunan əl işləri dəyərləndirilib.

Seçilən əl işlərinin müəllifləri fəxri fərmanlarla təltif olunublar. Müsabiqənin bütün iştirakçılarına sertifikat verilib.

Layihənin rəhbəri və kuratoru muzeyin əməkdaşı Aynur Babayevadır.

Xatırladaq ki, müsabiqəyə rəsm və əl işlərinin qəbulu fevralın 24-dən başlanmışdı.