Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbi “Şuşa İli”nə həsr olunmuş hesabat konserti keçirib.

Tədbirdə baş idarənin rəisi İbrahim Əliyev, paytaxtdakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini solo və ansambl şəklində səsləndiriblər. Konsert proqramı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, məktəbin bir çox şagirdi tədris ili boyu respublika və beynəlxalq miqyaslı müsabiqələrdə uğurla iştirak edib.