İsmayıllı RMİ Şamaxı rayon Mədəniyyət Mərkəzində gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb. Sərgi rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və İsmayıllı RMİ-nin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Təbirdə İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Natiq rəssamın istedadından və yaradıcılığından söz açaraq onun sənətə sevgisindən, əsərlərinin sanbalından bəhs edib.

Nümayiş olunan rəsmlərin orijinallığı ilə seçildiyini söyləyən sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və Əməkdar rəssam Adil Şıxəliyev sərginin əhəmiyyətindən geniş söhbət açaraq gənc rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd olunub ki, sərgidə rəssamın 40-a yaxın realizm üslubunda rəsmləri nümayiş yer alır.

Tədbirdə Şahin Nəcəfova rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.