Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Behrəngi adına ədəbi mükafatının növbəti laureatları elan olunub. AYB-nin Cənubi Azərbaycan Ədəbiyyatı komissiyasının təsis etdiyi mükafatın 8-ci təqdimat mərasimi Natəvan klubunda keçirilib.

Bu dəfə mükafata layiq görülənlər arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair, AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəlilov, ədəbiyyatşünas Zöhrə Əsgərova, “Varlıq” jurnalının baş redaktoru Məhəmmədrza Heyət, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Kərimulla Məhəmmədzadə və başqaları var.