Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə “İdeoloji maarifləndirmə işinin aparılmasına dair” layihə çərçivəsində ekskursiya təşkil olunub.

İdarədən bildirilib ki, ekskursiyada iştirak edən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri Nəriman Nərimanovun Xatirə Muzeyini və Cəlil Məmmədquluzadənin Ev-Muzeyini ziyarət ediblər. Ekskursiya zamanı şagirdləri n qəsəbə Mədəniyyət mərkəzinin direktoru A.Qurbanov, metodist R.Feyzullayev və 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin müəllimi A. Ağayeva müşayiət ediblər.

Ekskursiyanın məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, Azərbaycanın ictimai xadimləri ilə yaxından tanış olmaq, şagirdlərin dünyagörüşünü artırmaq, onlara milli mənəvi dəyərlərə hörmət hissi aşılamaqdır.