Qax Dövlət Kukla Teatrına direktor təyinatı olub. Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Seymur Namazəli oğlu Vəliyev (Seymur Elsevər) teatra yeni rəhbər təyin edilib.

İyunun 24-də nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun məsləhətçisi Günay Hümbətovanın iştirakı ilə Seymur Vəliyev kollektivə təqdim edilib.

Seymur Elsevər 1970-ci ildə Bərdə rayonunda anadan olub. 1992-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu rejissor, 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) teatrşünaslıq ixtisasları üzrə bitirib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında, habelə Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb.