Qusar Dövlət Ləzgi Dram Teatrının təşkilatçılığı ilə “Qusar qəhrəmanlar diyarıdır” adlı bədii-musiqili tədbir keçirilib.

Qusar Dövlət Ləzgi Dram Teatrın aktyorlarının təqdimatında Rafiq Rəhimlinin “İlham ətirli Zəfər” tamaşasından parçalar nümayiş olunub. ”Ləzginka” rəqs qrupu, müğənnilər Emma Xeyirbəyova və Şəhla Atlıxanovanın iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya da maraqla qarşılanıb.

Tədbirdə rayon İcra Hakimiyyəti təmsilçiləri, Vətən müharibəsi iştirakçıları, mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər.