Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Şuşa İli” çərçivəsində “Muğam gecəsi” adlı konsert proqramı keçirilib. Konserti regional idarənin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.

***

Kürdəmir RMİ Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa Qarabağın döyünən ürəyidir” adlı tədbir keçirilib. Tədbir iştirakçılarına Şuşa şəhərinin qədim tarixindən, Qarabağın incəsənətimizə, mədəniyyətimizə bəxş etdiyi tarixi şəxsiyyətlərdən söhbət açılıb. Mədəniyyət işçiləri muzeyin sərgi zalında “Şuşa İli” münasibətilə açılan sərgiyə baxıblar.

***

Gəncə RMİ Goranboy rayon Mehman Nazarov adına Qızılhacılı qəsəbə Uşaq musiqi məktəbində “Şuşa İli” ilə bağlı tədbir keçirilib. Tədbirdə konsert proqramı təqdim olunub.

***

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, rayon MKS və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib. Çıxışlarda Şuşanın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlərdən danışılıb.

***

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa mədəniyyətinin inciləri” mövzusunda tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Əlhəddin Nəzərov çıxış edərək 270 yaşlı Şuşanın mədəni zənginliklərindən söz açıb.

***

Ağstafa RMİ-nin təşəbbüsü ilə keçirilən “Ruhumuzun vətənidir Şuşa” adlı yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə idarənin əhatə etdiyi rayonlar üzrə uşaq musiqi məktəbləri şagirdlərinin müxtəlif ixtisaslar üzrə ifaları, uşaqların şeir qiraəti dinlənilib, rəsm qalereyaları dərnək üzvlərinin rəsm əsərlərinə baxış keçirilib. Ağstafa şəhər H.Arif adına Uşaq musiqi məktəbində keçirilən təltifolunma mərasimində çıxış edən RMİ-nin rəisi Nurəddin Mehdiyev qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətindən danışıb. Sonda qaliblərə  idarənin fəxri fərmanları təqdim olunub.

Nürəddin Məmmədli