Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyi münasibətilə elektron məlumat bazası hazırlayıb.

“Mirzə Ələkbər Sabir – 160” adlı elektron topluda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, əsərlərindən nümunələr təqdim olunub. Burada Sabirin yubileyləri  ilə bağlı rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri fikirlər də yer alıb. Bundan əlavə, elektron bazada böyük satirik şair və maarifpərvər ziyalının əsərlərindən (Azərbaycan, rus və digər dillərdə), həyat və yaradıcılığı haqqında kitablardan (Azərbaycan rus və digər xarici dillərdə), ədibin sözlərinə yazılmış mahnılardan, haqqında çəkilmiş filmlərdən də bəhs edilir. “Sabir incəsənətdə” adlı bölmədə ədibin abidələri, rəssamlar tərəfindən çəkilmiş portretləri haqqında məlumat verilir. Bazada şairin ev-muzeyi haqqında materiallar da təqdim olunub.

Elektron məlumat bazası ilə Gənclər Kitabxanasının saytında tanış olmaq olar.