Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzində görkəmli şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgidə Natəvanın kitabları, ona həsr olunmuş məqalələr, həyat və fəaliyyəti haqqında materiallar, fotolar yer alıb.

***

Xaçmaz RMİ Qusar rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (1892-1937) 130 illiyi ilə əlaqədar “İstiqlal şairi – Əhməd Cavad” adlı məlumat saatı keçirilib və sərgi nümayiş etdirilib.

***

Masallı RMİ Cəlilabad rayon Heydər Əliyev Mərkəzində tanınmış tarzən Ədalət Məmmədovun 65 illiyi münasibətilə tədbir keçirilib. Mərasimdə çıxış edən Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Tədbirin sonunda Ədalət Məmmədov mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə regional idarənin fəxri fərmanı ilə təltif edilib.

***

Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Rauf Hacıyevin (1922-1995) 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Gəncə RMİ-nin rəisi Vasif Cənnətovun da iştirak etdiyi tədbir bəstəkarın “Ordan-burdan” operettasından uvertüra ilə başlayıb. Sonra sənətkarın bəstələrindən ibarət konsert təqdim olunub.

***

Ağstafa RMİ Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Azərbaycan dramaturgiyasının banisi, mütəfəkkir Mirzə Fətəli Axundzadənin (1812-1878) anadan olmasının 210 illiyi münasibətilə “Görkəmli mütəfəkkir, dramaturq, realist sənətkar” adlı tədbir keçirib. Tədbirdə M.F.Axundzadənin əsərlərindən və onun haqqında yazılan ədəbiyyatlardan ibarət sərgi nümayiş etdirilib.

***

Şəmkir RMİ Daşkəsən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Nəsillərdən-nəsillərə əmanətdir Əhməd Cavad” adlı tədbir keçirilib. Tədbirdə Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva şairin həyat və yaradıcılığı haqqında söhbət açıb, məktəbliləri şairin kitabları ilə tanış edib.

N.Məmmədli