İyulun 13-dən 15-dək Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün ustad dərsi keçiriləcək. “Stanislavski sisteminin psixofizik etapları” mövzusunda məşğələləri Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı aparacaq.

Məşğələlər zamanı diqqətin aktyor texnikasında önəmi, əzələ sərbəstliyi, fantaziya və təxəyyül, təklif olunmuş vəziyyət, fiziki əhval-ruhiyyə, əşyaya, tərəf-müqabilə və məkana münasibətlərin dəyişməsi və s. barədə ətraflı məlumat veriləcək, eləcə də aktyor sənəti üçün vacib olan digər məsələlər haqqında söhbət aparılacaq.