Litvanın Yuodkrante şəhərində “Baltic Voice” adlı gənc vokalçıların ənənəvi beynəlxalq müsabiqəsi keçirilib.

Müsabiqədə ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbin vokal sinfinin şagirdi Tamilla Həsənova təmsil edib.

20 ölkədən 136 gənc vokalçının qatıldığı müsabiqədə 11 yaşlı Tamilla Həsənova üçüncü yerə layiq görülüb.

***

Paytaxtın Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin piano ixtisası üzrə 5-ci sinif şagirdi Zəhra Aslanlı isə Fransanın paytaxtı Parisdə keçirilən “Nouvelles Etoiles” onlayn müsabiqəsində uğur qazanıb.

Baş idarədən bildirilib ki, beynəlxalq müsabiqələr laureatı olan Zəhra 10-12 yaş kateqoriyasında 100 baldan 80 bal toplayaraq II yerə layiq görülüb və diplomla təltif olunub. Onun müəllimi Gülnar Mirzəyeva təşəkkürnamə ilə təltif edilib.