Gürcüstanın Özurgeti şəhərində Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı keçirilir. Festivalın beynəlxalq münsiflər heyətində Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı da yer alıb.

Bu barədə məlumat verən Gəncə Dövlət Dram Teatrının ədəbi hissə müdiri Anar Burcəliyev bildirib ki, festivalın açılış mərasimində Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Sulukiani, ölkə parlamentinin deputatları, digər rəsmilər iştirak ediblər.

11-15 iyul tarixində Özurgeti şəhərində Avrasiya Teatrlar Birliyinin növbəti toplantısının da keçirilməsi planlaşdırılır. Birliyin Azərbaycan təmsilçisi olan Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov tədbirə dəvət alıb.