Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsi tərəfindən “Şuşa İli” çərçivəsində Quba şəhəri ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında səyyar kitabxana xidməti təşkil olunub. Klassik ədəbiyyatımız, tarix-mədəniyyətimizlə bağlı kitablarla yanaşı, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən qubalı şəhidlər haqqında nəşrlər də nümayiş etdirilib.

***

Ağdaş RMİ və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Göyçay şəhərinin mərkəzində təşkil olunan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müğənni Aydın Sani və Ağdaşın sənətçilərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

***

Kürdəmir RMİ Kürdəmir Dövlət Rəsm Qalereyasında məktəblilərin əl işlərindən ibarət “Şuşanın 4 fəsli” adlı rəsm sərgisi keçirilib. Rəsm əsərlərində müəlliflər Vətən, Qarabağ, Şuşa haqqında düşüncələrini rənglərin dili ilə ifadə ediblər.

Nurəddin