Kanadada fəaliyyət göstərən EL TV ingilis dilində “Azərbaycanda qədim dinlər və multikulturalizm” adlı sənədli film yayımlayıb. Film Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “History of Azerbaijan” layihəsi çərçivəsində ərsəyə gəlib.

Dövlət Komitəsindən bildirilib ki, filmdə müxtəlif dinlərin Azərbaycanda tarixi, məscidlərin, kilsələrin, sinaqoqların fəaliyyət göstərdiyi, qədim məbədlərin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb, ölkəmiz isə dini baxışlarına görə təqib edilən insanlar üçün sığınacaq məkanına çevrilib.