Azərbaycan

 

22 iyul 1884 – Filosof və tarixçi, Azərbaycan Elmlər Akademiyasının akademiki Aleksandr Osipoviç Makovelski (1884-1969) anadan olub. 1920-1960-cı illərdə Bakı Dövlət Universitetində dərs deyib, akademiyanın Fəlsəfə İnstitutunun direktoru olub.

22 iyul 1941 – Xalq artisti, diktor Yusif Mehdi oğlu Muxtarov (1941 – 25.4.2010) Sabirabad rayonunun Kürkəndi kəndində doğulub. Filmlərdə, teletamaşalarda çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.

22 iyul 1949 – Xalq artisti Yuri Nikolayeviç Baliyev (1949-2018) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub, filmlərə (“Ovsunçu”, “Hökmdarın taleyi” və s.) çəkilib.

22 iyul 1959 – Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959-2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. “Uzaqlardan gəlirik”, “Özümə yol” və s. kitabların müəllifidir.

 

23 iyul 1883 – Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 – 8.5.1912) anadan olub.

23 iyul 1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə (1916 – 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.

23 iyul 1927 – Əməkdar rəssam Hafiz Əliabbas oğlu Zeynalov (1927 – 2.5.1996) Bakıda anadan olub. Tarixi mövzulu kompozisiyalar, tanınmış şairlərin portret-obrazları, məişət janrlı tablolar və natürmortların müəllifidir.

23 iyul 2011 – Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942-2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb.

 

24 iyul 1937 – Xalq artisti, kinorejissor Yalçın Əliheydər oğlu Əfəndiyev (1937 – 10.12.2019) Bakıda doğulub. Cizgi və sənədli filmlərin müəllifidir, “Xatirələr sahili” bədii filminə quruluş verib. “Azərbaycantelefilm”in bədii rəhbəri olub.

24 iyul 1949 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Oruc İzzət oğlu Qurbanov Bakıda doğulub. Müxtəlif teatrlarda çalışıb, 2017-ci ildə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru təyin edilib.

24 iyul 1949 – Əməkdar artist Tofiq Əbdülrəhim oğlu Hüseynov (1949 – 5.7.2020) Xırdalanda anadan olub. İrəvan, Sumqayıt Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

24 iyul 1956 – Əməkdar artist Gülnar Əlifağa qızı Salmanova (1956 – 25.10.2015) Salyan rayonunun Xıllı qəsəbəsində doğulub. Musiqili Komediya Teatrının aktrisası olub.

24 iyul 2021 – Xalq artisti, müğənni Səməd Səmədov (17.9.1946 – 2021) vəfat edib.

 

25 iyul 1935 – Şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Lirik şeirləri ilə yanaşı, uşaqlar üçün mənzum nağılların da müəllifidir.

25 iyul 1935 – Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.

 

26 iyul 1915 – Əməkdar artist, teatr rejissoru Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 – 14.3.1975) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.

 

26 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, tanınmış fotojurnalist, fotorəssam Farid Xabibullayeviç Xayrulin (1947 – 27.8.2020) Bakıda anadan olub.

26 iyul 1954 – Əməkdar mədəniyyət işçisi Rəhman Ağarəhim oğlu Quliyev (1954-2010) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının direktoru olub.

26 iyul 1995 – Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919 – 1995) vəfat edib. “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam” romanlarının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.

26 iyul 2008 – Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

 

Dünya

 

22 iyul 1889 – Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Veyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Dəmir maskalı adam” və s.

22 iyul 1926 – Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.

 

23 iyul 1884 – Alman aktyoru, “Oskar” mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.

23 iyul 1888 – Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.

 

24 iyul 1802 – Fransız yazıçısı, tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 – 5.12.1870) anadan olub. Əsərləri: “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq”, “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.

24 iyul 1803 – Fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan; 1803-1856) anadan olub. “Jizel” və “Korsar” baletlərinin müəllifidir.

24 iyul 1828 – Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (roman), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.

24 iyul 1857 – Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917) Henrik Pontoppidan (1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.

24 iyul 1931 – İtalyan rejissoru Ermano Olmi (1931-2018) anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann festivalının qalibi, 1978), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya festivalının qalibi, 1988) və s.

 

25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905 – 1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. Əsərləri: “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.

25 iyul 1929 – Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 – 2.10.1974) anadan olub. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rol ifaçısı).

 

26 iyul 1856 – İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 – 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.

26 iyul 1885 – Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois – əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.

26 iyul 1894 – İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley; 1894-1963) anadan olub.

26 iyul 1928 – Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.

Hazırladı: Vüqar Orxan