Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul - Milli Mətbuat Günü ərəfəsində Şuşa şəhərində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlim keçirib.

Təlimləri Maliyyə Nazirliyi, Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti və İİTKM-in əməkdaşları keçiblər.

İkigünlük təlimə 30-a yaxın televiziya və onlayn media nümayəndəsi qatılıb. Jurnalistlər Şuşanın görməli yerlərini də gəzib, Cıdır düzündə olublar.