Ağstafa RMİ Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində X.Natəvanın 190 illiyi münasibətilə “Şeir məclisinin günəşi” adlı tədbir keçirilib. Tədbirdə şairənin həyat və yaradıcılığı haqqında ətraflı söhbət açılıb, bir neçə şeiri qiraət edilib.

Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxananın oxu zalında “Dövlətimizin varidatı – Xan qızı” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

***

Sabirabad RMİ Saatlı Rayon Dövlət Rəsm Qalereyasında Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustadlarından Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyi ilə əlaqədar sərgi təşkil edilib. Sərgidə sənətkarın Şərq poetik ənənələrinə sədaqətlə yazıb-yaratmasından danışılıb, ədəbi irsinin ideya-bədii məziyyətlərindən söz açılıb. Rəssamlıq dərnəyi üzvlərinin ifasında şairin qəzəlləri səsləndirilib.

Nurəddin