Sabirabad RMİ Hacıqabul rayon MKS-nin 4 saylı kitabxana filialı rayon Heydər Əliyev Mərkəzində xalça sənətinin təbliği məqsədilə “Sehrli ilmələr” adlı tədbir keçirib.

***

Sumqayıt RMİ Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində təhsil alan Elcan Soltanov Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən “Europa-Asia” adlı III beynəlxalq vokal-instrumental müsabiqəsində II dərəcəli diploma layiq görülüb. Müsabiqədə şagirdin uğurlu çıxışına görə müəllimləri Həvəs Bayramova və konsertmeyster Tahirə Kərimova isə təşəkkürnamə ilə təltif olunub.

***

Biləsuvar RMİ-nin əhatə etdiyi Cəbrayıl rayon MKS-nin 21 saylı Yuxarı Mərcanlı kənd kitabxana filialı 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar “Milli mətbuat tariximiz” adlı sərgi təşkil edib.

***

Masallı RMİ Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət naziri Anar Kərimovun regional idarələrin fəaliyyətinə dair verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələrin icrası ilə əlaqədar iclas keçirilib. İclasda çıxış edən RMİ-nin rəisi Bəxtiyar Qılıncov qarşıda duran vəzifələrdən söhbət açıb. İclas qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğluna (1861-1944) həsr olunmuş “Muğamı şöhrətləndirən sənətkar” mövzusunda tədbir keçirilib. “Şuşa dahiləri” silsiləsindən keçirilən tədbirdə kitabxananın əməkdaşı Arzu Hüseynova xanəndənin həyat və yaradıcılığı haqqında məruzə edib.

***

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin (1487-1524) anadan olmasının 535 illiyinə həsr olunmuş “Tarixi şəxsiyyət – Şah İsmayıl Xətai” adlı tədbir keçirilib. Tədbirdə Xətainin şeir və qəzəllərindən nümunələr səsləndirilib. Şairin Azərbaycan ədəbi dilinin inkişafında müstəsna rolu və dövlət dili səviyyəsinə yüksəlməsində qoyduğu izlə, verdiyi töhfələr tədbir iştirakçılarına çatdırılıb. Daha sonra Xətai haqqında sənədli film nümayiş olunub.

***

Xaçmaz RMİ Quba Heydər Əliyev Mərkəzi və Quba rayon MKS-nin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın (1892-1937) 130 illiyinə həsr olunmuş “Unudulmaz şair – Əhməd Cavad” mövzusunda tədbir keçirilib. Çıxış edənlər şairin ədəbiyyatımızın və milli istiqlal düşüncəsinin inkişafına verdiyi töhfələrdən bəhs olunub.  

***

Gəncə RMİ Gəncə şəhər Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbi violin sinfinin müəllimi Turan Şahbazi “Musiqiçilərin pedaqoji ustalığı” I beynəlxalq müsabiqəsində simli alətlər nominasiyası üzrə qalib olaraq diplomant adına layiq görülüb. Gəncə RMİ-nin rəisi Vasif Cənnətov T.Şahbazi ilə görüşərək onu təbrik edib, uğurlar arzulayıb.

Gəncə şəhər MKS-nin 4 saylı kitabxana filialı açıq havada “Kitabla dost ol, ən yaxşı oxucu ol!” başlıqlı kitab sərgisi təşkil edib. Sərgidə fonda daxil edilmiş müxtəlif mövzulu kitablar nümayiş olunub.

RMİ-nin əhatə etdiyi Naftalan şəhər Mədəniyyət Mərkəzində “Əhməd Cavad – ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Əhməd Cavadın yaradıcılığından, istiqlal düşüncəsinin yayılmasında xidmətlərindən söz açılıb.

Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Uşaqlıqdan hüquqlarını bil!” adlı maarifləndirici söhbət keçirib.

***

Şəki RMİ Balakən rayon MKS-nin Kortala kənd kitabxana filialında M.F.Axundzadənin (1812-1878) anadan olmasının 210 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edənlər dramaturqun maarifçi-realist görüşlərindən, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamasından danışıblar.

Nurəddin Məmmədli