Bakıdakı Rus Evində (RİMM) görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımovla yaradıcılıq görüşü keçirilib.

Bu barədə RİMM-dən məlumat verilib. Görüşdə kinorejissor həyat və yaradıcılıq yolundan söhbət açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Oqtay Mirqasımov ali rejissorluq təhsilini Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda alıb. “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Ovsunçu”, “Şeytan göz qabağında”, “Gümüşü furqon” və s. filmlərin quruluşçu rejissorudur.

Görüşün sonunda  Oqtay Mirqasımovun “Yollar” və “Gecə söhbəti” filmləri nümayiş etdirilib.