Kürdəmir RMİ İmişli rayon Mədəniyyət Mərkəzinin Məzrəli kənd Diyarşünaslıq evində kəndin sakinləri və ziyalıların iştirakı ilə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Şuşaya həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər və incəsənət ustalarının ifasında musiqilər səsləndirilib.

***

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə rəsm sərgisi təşkil olunub. Sərgidə əl işləri nümayiş olunan rəssamlara hədiyyələr təqdim edilib.

Nurəddin