Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Cümhuriyyət nəğməkarı Əhməd Cavad – 130” adlı tədbir keçirilib. Tədbirdə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, rayon MKS-nin direktoru Eldar Urufov və digərləri çıxış edərək Əhməd Cavad yaradıcılığı və onun Türk dünyasındakı yeri barədə fikirlərini bölüşüblər.

***

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Əhməd Cavad – 130” mövzusunda tədbir keçirilib. Mərkəzin əməkdaşı Elşən Abışov istiqlal şairinin həyat və yaradıcılığı barədə məruzə edib. Sonra mərkəzin könüllüsü Kəmalə İbişli tərəfindən çəkilmiş Əhməd Cavadın portreti nümayiş olunub.

***

Ağstafa RMİ Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəman övladın şanlı vətəni” mövzusunda tədbir keçirilib. Əhməd Cavadın əzablı həyat yolu və həmişə müasir olan yaradıcılığı haqqında məlumat verilib.

***

Ağdaş RMİ Ağdaş rayon MKS-nin 1 saylı Gənclər Kitabxanası və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə “Əhməd Cavad –130” adlı sərgi nümayiş etdirilib.

N.Məmmədli